Sürücülərin yol polisini videoya çəkmək hüququ var – VİDEO
Sürücü yol hərəkəti qaydalarını pozmayıbsa polisin onu sadəcə yoxlamaq məqsədi ilə saxlamaq hüququ yoxdur.
Nəqliyyat vasitələrinin sənədlərinin sadəcə yoxlanmaq məqsədi ilə saxlanması yalnız stasionar postlarda mümkündür. Bu sözləri Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyir. Həmçinin sürücülərin nəqliyyat vasitəsində yol polisinin davranışını çəkmək hüququnun da olduğunu vurğulayan Kamran Əliyev hər hansı qanun pozuntuları ilə bağlı müraciət edilərsə həmin video görüntüləri sübut kimi də istifadə edilə bilər.
Mənbə:> Meydan TV