8 900 sürücü məsuliyyətə cəlb olunub – VİDEO
Son bir ayda 600 sürücü yolun qarşı hərəkət zolağına çıxdığı üçün məsuliyyətə cəlb olunub. Ümumilikdə isə ilin əvvələndə bu günə kimi 8 900 sürücü bu cür yol hərəkət qaydasını pozub. Qarşı hərəkət zolağına çıxaraq cəmiyyətə açıqca hörmətsizlik edən nizamsız sürücülərlə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsi sərt xəbərdarlıq edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev belə sürücülərin nəyinki cərimələnəcəyini, üstəlik onların törətdiyi bu əməllərin ictimailəşdiriləcəyini bildirib:
“Qarşı hərəkət zolağına çıxan sürücülər İnzibati Xətalar Məcəlləsinin 151.3 -1 maddəsinə müvafiq olaraq 100 manat məbləğində cərimə olunurlar. Eyni zamanda bu qayda pozuntusu 4 balla qiymətləndirilir. Bunun ictimaiyyətin diqqət mərkəzində olmasını nəzərə alaraq yol mədəniyyətinin çox yüksək səviyyədə nümayiş etdirsinlər. Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, bu cür ciddi qayda pozuntusuna yol vermiş şəxslərin kimliyi barədə ictimaiyyətə məlumat verəcəyik”.
Mənbə:> ANSPRESS