Bakıda evlərə çirkli su verilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Bakıda evlərə çirkli su verilir – VİDEO (“Azərsu”dan reaksiya)

Bakıda evlərə çirkli su verilir


Ötən gün Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki evlərə palçıqlı su verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qeyd edilən ünvanda yaşayan “Space” TV-nin əməkdaşı Zamira Dadaşova facebookda yazıb. Aparıcı verilmiş suyun görüntüsünü də videoya çəkərək səhifəsində paylaşıb.
“Bizə verilən su... Dəhşətdir. Aparıb “Azərsu”nun rəhbərinə verəcəyəm, övladları ilə içsin”.

Z. Dadaşova “Qafqazinfo”ya açıqlamasında dünənə nisbətən bu gün səhər suyun rəngində yaxşılaşma müşahidə etdiyini qeyd edib.

Qeyd edək ki, hazırda “Azərsu” məsələni araşdırır.

***

“Azərsu” Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda qurum əməkdaşları hadisə yerindədir: “O xətdən çıxışları bağlamışıq. Təmizləmə işləri gedir. Suyun qara rəngdə gəlməsinin səbəbini araşdırmağa çalışırıq”.


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *