“Azərsu”-dan Binəqədi sakinlərinə XƏBƏRDARLIQ
Binəqədi rayon Sukanal İdarəsi yeni ünvana köçürülüb.
Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-a bildirilib.
“Binəqədi rayon Sukanal İdarəsi hazırda Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 101 ünvanında yerləşir.
Abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yaranmış suallarla əlaqədar yeni ünvana müraciət edə bilərlər”, - deyə, “Azərsu” dan qeyd edilib.
Əlaqə telefonu: (012) 562-14-17; (012) 562-25-54, Qaynar xətt 955
Mənbə:> Oxu.Az