“Azərsu” da yanan bina sakinlərin borclarını sildi
“Azərsu” yanan binanın sakinlərinin borcunu silib.
Bu barədə virtualaz.org saytına qurumdan məlumat veriblər.
Xəbərdə deyilir ki, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında baş vermiş yanğından zərər çəkmiş insanların harada yaşamalarından asılı olmayaraq istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək qurum tərəfindən ödəniləcək. Həmçinin sakinlərin indiyə qədər olan borclarını da “Azərsu” ASC ödəməyi üzərinə götürüb.
Mənbə:> Virtualaz.org