Yanan bina sakinlərinə ödəniləcək məbləğ bəlli oldu » AzNews.info -Xəbər portalı

Yanan bina sakinlərinə ödəniləcək məbləğ bəlli oldu – SƏRƏNCAM

Yanan bina sakinlərinə ödəniləcək məbləğ bəlli oldu


Nazirlər Kabineti Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar sərəncam verib.

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15.000,0, (on beş min) manat, xəsarət almış bina sakinlərinin hər birinə 5000,0 (beş min) manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20.000,0 (iyirmi min) manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilsin.

2. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3000000,0 (üç milyon) manat vəsait ayrılsın.

3. Bu Sərəncamın 1-ci və 2-ci hissələrində göstərilən məsələlərin həlli və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5000000,0 (beş milyon) manat məbləğində vəsait ayrılsın.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Bu Sərəncamın 3-cü hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

5.Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu Sərəncamın 2-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

6.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *