Prezident 10 mln manat ayırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Prezident 10 mln manat ayırdı

Prezident 10 mln manat ayırdı


Prezident İlham Əliyev Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son illər Mingəçevirdə şəhərsalma prinsiplərinə ciddi riayət olunmaqla geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 24 çoxmənzilli yaşayış binası müasir üslubda əsaslı təmir edilmiş, 22 nümunəvi məhəllə yaradılmış, parklar salınmış, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənmiş, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulmuş, Gənclər Mərkəzi, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, otellər inşa olunmuş, yeni yollar çəkilmiş və hazırda bu işlər davam etdirilir.

Dövlət başçısı Mingəçevir şəhərinin mənzil fonduna daxil olan daha 22 çoxmənzilli binanın əsaslı təmirinin həyata keçirilməsi və kommunal texnikanın alınması məqsədi ilə qərara alıb ki, Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin daha da sürətləndirilməsi və kommunal texnikanın alınması məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *