Bakıda 30 saat su olmayacaq
İçməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən ANS PRESS-ə verilən məlumata görə, 24 fevral 2015-ci il tarixdə saat 04:00-dan etibarən Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətinə məhdudiyyətlər olacaq.
Fasilələrin yaranması Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulması ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mənbə:> ANSPRESS