Bakının 3 rayonuna içməli suyun verilməsi dayandırılıb
Paytaxtda bir neçə rayonuna içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, Nəsimi, Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi dayandırılıb.
Məhdudiyyət Nəsimi rayonu ərazisində (C.Məmmədquluzadə küçəsi) 700 mm diametrli magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
Təmir işləri ilə əlaqədar 24 saat ərzində bu ərazilərə suyun verilməsi dayandırılacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mənbə:> Oxu.Az