Bu yolda sürücülərin səhvləri tıxaca səbəb olur – XƏRİTƏ
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
NİİM-dən Oxu.Az-a verilən məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təklifinə müvafiq olaraq, BDYPİ-nin Siqnal idarəsi tərəfindən, Əhmədli m/s-nın yaxınlığında, Məhəmməd Hadi küçəsində əlavə yola dönmək istəyən avtomobillərin hərəkəti üçün daimi sağa dönmə əmri tətbiq olunub.
Lakin svetofora bu əmri göstərən (sağa dönməni) əlavə bölmə qoyulmadığından, bu da sürücülərin çaşqınlığına səbəb olur.
Artıq 1ildən çoxdur ki, M.Hadi küçəsində sağdakı yola dönmək üçün daimi sağa dönmə əmri tətbiq edilsə də, hələ də sürücülər yanlışlıqla qarşıdakı avtobus yolunun svetoforuna görə qırmızı işıqda dayanıb gözləyir və sıxlığın yaranmasına səbəb olurlar.
Mənbə:> Oxu.Az