Yaxın Şərqdə hava nəqliyyatı üçün böyük risklər var
Yaxın Şərq, xüsusilə, körfəz ölkələri hava nəqliyyatına görə, dünyanın ən sıx bölgələrindən biridir. ANS PRESS-in məlumatına görə, region üzərindən hərəkət edən mülki təyyarələr artdıqca nəqliyyat daha da sıxlaşır. Bu isə, aviasiya təhlükəsizliyi risklərini artırır.
Misirin Sinay yarımadasında Rusiyaya məxsus təyyarənin qəzaya uğrmasından sonra, bu məsələ daha da qabarıq şəkildə gündəmə gəlib.
Avropa və Yaxın Şərqdə təyyarələrin hərəkət sıxlığı
Beynəlxalq Hava Nəqliyyatı Assosasiyasının ekspertləri Yaxın Şərqdə aviasiya sıxlığının hər il 13 faiz artdığını bildiriblər. Beynəlxalq Hava Nəqliyyatı Assosasiyasının baş direktoru Toni Tayler, sıxlığın aradan qaldırılması üçün aviasiya şirkətləri arasında əməkdaşlığın qaçılmaz olduğunu deyib.
Aviasiya şirkətləri təyyarələrin havada toqquşma riskini azaltmaq üçün, adətən, uçuşları ləngitməyə vadar olurlar. Bu isə, şirkətlərə hər il milyonlarla dollar ziyana səbəb olur.
Mənbə:> ANSPRESS