Pilotlara tələb
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) kommersiya reysi ilə uçan təyyarələrin pilotlarına yeni tələblər irəli sürmək niyyətindədir.
AzNews.info-nun AzərTAc-a istinadən verdiyi məlumata görə, həmin tələblərə görə, onlar hər 15 dəqiqədən bir hava gəmisinin harada olması barədə məlumat verməlidirlər.
Bu təkliflər baxılması üçün fevralın 2-5-də Monrealda keçiriləcək Uçuşların təhlükəsizliyi üzrə yüksək səviyyəli ikinci konfransa təqdim ediləcək.
ICAO Kuala-Lumpurdan Pekinə uçan Malayziya hava yollarına məxsus təyyarə ötən ilin martında yoxa çıxandan sonra belə bir təşəbbüslə çıxış edib. Qeyd edək ki, içərisində 239 sərnişin olan təyyarənin yerini müəyyən etmək mümkün olmayıb.
Mənbə:> AzərTAc