Separatçıdan bizə təhdid » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Separatçıdan bizə təhdid

Separatçıdan bizə təhdid


Azərbaycana heç bir səlahiyyət verilməyib və "Dağlıq Qarabağ Respublikası"nın hava ərazisini məhdudlaşdıra bilməz.

ANS PRESS-in məlumatıan görə, bunu qondarma respublikanın müdafiə naziri Movses Akopyan deyib.

O bildirib ki, Qarabağın hava məkanında həmişə uçuşlar həyata keçirilib və bu, davam edəcək. Təbii ki, baş verən insidentlər, hadisələr orduya təsir göstərir, amma, bu, o demək deyil ki, orduda psixoloji düşüş müşahidə olunacaq. Ordu müharibə üçün yaradılıb, amma vertolyotla bağlı hadisə yalnız bu müharibənin bir epizodudur.

Onun sözlərinə görə, ordu həmişə rəqibə cavab vermək üçün hazırlıqlı vəziyyətindədir.

Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmiş Ermənistana öz hava məkanından istifadəni qadağan edib, heç kim bu ərazidə uçuşların təhlükəsizliyinə zəmanət verə bilməz.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *