Erməni ordusu qızların ümidinə qaldı
"Bu il üç rabitəçi qız Armenak Xamperyansa adına hərbi-aviasiya institutunu bitirib".
ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan müdafiənin nazirinin müavini Ara Nazaryan deyib.
O bildirib ki, Vazqen Sarkisyan adına hərbi instituta isə bu il yeddi qız daxil olub:
"Onlar motoatıcı alayında xidmət edəcəklər. Daha yeddi qız Armenak Xamperyansa adına Hərbi-aviasiya institutuna hava hücumuna qarşı müdafiə ixtisası üzrə daxil olub".
Nazir müavini bildirib ki, erməni qızların vətənpərvərlik hissi yüksəkdir. O hətta oğlanların qızlardan nümunə götürməli olduğunu bildirib. Göründüyü kimi Ermənistan Ordu rəhbərliyinin ümidi qızlara qalıb.
Mənbə:> ANSPRESS