Hava limanlarının təhlükəsizliyi artırılır
"Hava limanının təhlükəsizlik xidməti Rusiya təyyarəsinin bomba səbəbindən partlamasını araşdırmalıdır." ANS PRESS-in məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond deyib. Nazir, artırılmış təhlükəsizliyin əlavə pul və hava limanında gözləmələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Çərşənbə günündən bəri Böyük Britaniyadan Şarm-əl-Şeyxə və geriyə uçuşlar dayandırılıb. Sonradan uçuşlar bərpa edilsə də, minlərlə britaniyalı hələ də Misirdə evə dönməyi gözləyir. Nazir bildirib ki, 5 min Britaniya turisti bu gecəyə qədər qayıdacaq.
Oktyabrın 31-də Şarm-əl-Şeyxdən Sankt Peterburqa qayıdan Rusiyaya məxsus Metrojet təyyarəsinin qəzaya uğraması nəticəsində 224 nəfər ölüb. Qurbanların çoxu ruslardır.
ABŞ və Britaniya bildirib ki, kəşfiyyat əlamətləri qəzaya bombanın səbəb olduğunu göstərib. Nazir Hammond deyib ki, hava limanı hazırda Nəqliyyat Departamentinin təhlükəsizlik ekspertləri tərəfindən yoxlanılır.
"Əgər cihazın İŞİD qruplaşması və onlardan ilhamlanan kimsə tərəfindən qoyulduğu aşkarlanarsa, qruplaşmanın fəal olduğu hava limanlarında təhlükəsizlik tədbirlərini gözdən keçirməliyik."
Onun sözlərinə görə, bunun üçün təlimlər, idarəçilik və işçilərə motivasiya məsələləri gündəmə gələcək.
Hazırda yalnız 3300 turist Britaniyaya qayıda bilir, qalanları evə dönəcəkləri zamanı gözləyir.
Turistlərin xərcini turizm və hava yolları şirkətləri çəkir.
Mənbə:> ANSPRESS