Saçlarınız üçün bitki tərkibli yağlar » AzNews.info -Xəbər portalı

Saçlarınız üçün bitki tərkibli yağlar

Saçlarınız üçün bitki tərkibli yağlar


Saçlara qulluqda artıq kosmetik vasitələrdən çox təbii vasitələrə üstünlük verilir. Budur, saçlarına parlaqlıq qazandıracaq və daha sağlam edəcək təbii qulluq vasitələri ilə tanış ol.

Ən məşhur olanı ilə başlayaq: Arqan yağı! Tərkibindəki A və B vitamini sayəsində saçlarınız daha parlaq və yumşaq olacaq. Hamam girməmişdən öncə yağı bir az isidin və saçlarınızın dibinə masajla yedirin. Daha sonra streç ilə başınızı örtün və 1 saat saxlayın.

Saç tökülməsinə qarşı: Bibəriyyə yağı! Bibəriyyə yağının tərkibindəki rosamarin asiti sayəsində saçlar həcmlənir və güclənir. Saç tökülməsi və saç qırılmaları zamanı çox təsirlidir. Pambıq vasitəsilə saç diblərinizə sürtə bilərsiniz.

Daha çox təmizlik üçün: Ardıc yağı! 10 damcı ardıc yağını, 5-6 damcı bibəriyyə yağını və 3 yemək qaşığı zeytun yağı ilə qarışdırın. Saç dərinizə sürtün və başınızı dəsmal ilə örtüb 2 saata yaxın saxlayın.

Kəpəyə qarşı: Şam ağacı yağı! Saçları qidalandırılması ilə bərabər saç diblərində olan mikroorqanizmin yaranmasına da mane olur. 250 ml-lik şampunun içinə 10 - 15 damcı yağ əlavə edin.

Saçların uzanması üçün: Sarımsaq yağı! Tərkibindəki təbii antibiotik nisbəti saçların uzanmasına təsir edən ən yaxşı yağdır.

Parlaq olması üçün: Kəklikotu yağı! Qan dövranına yaxşı təsir edir, parlaqlığının artmasına və daha həcmli olmasına kömək olur.

Daha faydalı üsul: Hindqozu (kokos) yağı: Boyanmış saçların təkrar canlanması üçün çox faydalıdır. Həmçinin saç tökülməsinin qarşısını alır. Şampunuzun tərkibinə əlavə edə bilərsiniz və hamamda başınıza yumadan öncə sürtə bilərsiniz.

Vitamin üçün: Avokada yağı! Saçlarınızın daha parlaq olmasını və sağlam şəkildə uzanmasını istəyirsinizsə, başınızı yumadan öncə başınızda 15-30 dəqiqə saxlayın.

Mənbə: Foxy.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *