Yağlı saçların çarəsi » AzNews.info -Xəbər portalı

Yağlı saçların çarəsi

Yağlı saçların çarəsi


Yağlı saçlar xanımların çox rastlaşdığı problemlərdən biridir. Saçın təmiz qalmaması, başa yapışmış, solğun görünən saçlar heç də yaxşı əhval-ruhiyyə bəxş etmir. Saçlarını təmiz saxlamaya çalışan xanımlar hər gün ya günaşırı onları yumaq məcburiyyətində qalırlar. Səbəb isə piy vəzilərinin normadan artıq piy ifraz etməsidir.

Həddindən artıq çox yağlı saçlar isə cəmi bir neçə saat təmiz qalır. Bu problemlə qarşılaşanlar eyni zamanda kəpək, qaşınma və saç tökülməsindən şikayət edirlər.

Bəs yağlılığı azaltmaq üçün nə etmək olar?

1.Qidalanmaya fikir vermək: normadan artıq karbohidrat, yağlı, qızardılmış, şirin, un məmulatları yeyirsinizsə, bunu azaltmalı;
2.Qida rasionunuza vitaminlərlə zəngin məhsullar əlavə etmək, eyni zamanda vitamin və mineral tərkibli bioloji əlavələrdən istifadə etmək;
3.Rasiondan suyu əskik etmirik, gün ərzində ən azı iki litr su içmək;
4.İsti sudan uzaq durmaq, bu, piy vəzilərinin bir az da aktiv işləməsinə səbəb olur, ona görə saçları ilıq və ya soyuq su ilə yuyun. Hind qadınları saçlarını məhz soyuq su ilə yuyurlar;
5.Fen və saç düzləndirmədən az istifadə edin. İstifadə edərkən fen havasının saçın dibinə dəymədiyinə əmin olun;
6.Şampun seçiminə xüsusi diqqət yetirin, marketlərdən aldığınız adi şampun saç dərisini daha da qıcıqlandırır və daha tez çirklənməsinə, yağlanmasına səbəb olur. Bu cür saçlar üçün proffesional seriyadan şampunlar seçilməlidir. Bitki tərkibli olsa daha yaxşı olar. Lakin şampunları özünüz də ev şəraitində hazırlaya bilərsiniz. Saçın dibləri çox yağlı, ucları isə qurudursa, onda yalnız saçın dibini yuyun, şampun saç uclarına onsuz da axır və onları təmizləyir, beləliklə onların yolunmasının və qırılmasının da qarşısını almış olacaqsınız. Silikon tərkibli şampunlardan istifadə etməyin;
7.Saç yumşaldıcılardan istifadə edirsinizsə, onu qətiyyən saçın dibinə vurmayın.


Yağlı saçların çarəsi


Yağlanmanın qarşısını alacaq təbii effektiv vasitələr


1.Rəngli və ya rəngsiz xna saç dibinə çox müsbət təsir göstərir, onu qidalandırır, həm yağlılığı azaldır, həmçinin tökülmənin, qaşınmanın qarşısını alır;
2.Yağlı maskalar: üzüm toxumu yağı, jojoba, badam, çayağacı, küncüt yağı, evkalipt, nanə, melissa, sürvə yağı;
3.Saçı yuduqdan sonra aşağıdakı bitki dəmləmələrindən biri ilə yaxalayın: gicitkan, bağayarpağı, palıd qabığı, dəvədabanı;
4.Ən ucuz və effektiv vasitələrdən biri duzdur, yaxşı olar ki, bunun üçün dəniz duzundan istifadə edəsiniz, çünki onun tərkibində çoxlu mineral və həmçinin, yod mövcuddur. Aptek və marketlərdə rahatlıqla tapacağınız bir vasitədir. Saçınızı yumamışdan qabaq və yuduqdan sonra dibini duzla bir az massaj edin, daha sonra polietilen papaq, üzərindən dəsmal bağlayıb 20 dəqiqə gözləyin, daha sonra ilıq su ilə yuyun;
5.Piy vəzilərinin işini normallaşdıran, baş dərisini təmizləyən, kəpəyə qarşı çox effektiv üsullardan biri də kosmetik yaşıl gildir. Gili adi su ilə qarışdırıb saçın dibinə qoyub 20-30 dəqiqədən sonra yuya bilərsiniz. Tərkibinə digər vasitələr də qarışdırıb əla maska eləyə bilərsiniz.
6.Gil üzərinə bir neçə damcı limon yağı
7.Gil üzərinə bir neçə damcı gülümbahar yağı
8.Gil üzərinə gicitkan dəmləsi əlavə olunur, xama şəklinə gələnə qədər qarışdırılır və saçın dibinə çəkilir. 20-30 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur. Yuxarıdakılar da eyni bu şəkildə tətbiq olunur.

Mənbə: Womheg.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *