Bakıda bu da oldu: qab pastası şampun qabına tökülüb satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda bu da oldu: qab pastası şampun qabına tökülüb satılır

Bakıda bu da oldu: qab pastası şampun qabına tökülüb satılır


Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

E.Hüseynovun sözlərinə görə, hazırda ölkə bazarında külli miqdarda saxta kosmetik vasitələr satılır: “Bu məhsullar dəri xərçənginə, ən yaxşı halda isə allergiyaya səbəb ola bilər. Ancaq ölkədə müstəqil laboratoriya yoxdur, məhsulun saxta olub-olmadığını müəyyənləşdirmək çətindir”.

E.Hüseynov ona da saxta kosmetika satılmasının təklif edildiyini dedi: “Mən illər öncə bizneslə məşğul olmuşam. Türkiyədən kosmetika gətirərək Azərbaycanda satmaq istəyirdim. Türkiyədən mənə dedilər ki, qiyməti söyləmək kifayətdir, yəni sifariş verilən qiymət əsasında kosmetik vasitə istehsal edib verirlər. Aydın məsələdir ki, burada söhbət keyfiyyətsiz məhsul istehsalından gedir. Biznesmenin sifariş verdiyi qiymətlə məhsul istehsal edilməsi halları mövcuddur. Təbii ki, mən bundan imtina etdim. Lakin dəfələrlə belə halların olduğunu aşkarlamışıq”.

Hüquq müdafiəçisi qeyd etdi ki, alıcılar arasında maarifləndirmə tədbirləri aparılmadığından onlar məhsulların saxta olub-olmadığını müəyyənləşdirə bilmirlər: “Kosmetik vasitələrin üzərində istehsal və son istifadə müddəti göstərilməlidir. Məhsulların üzərinə etket vurulmalıdır, istehsal edildiyi ölkənin adı, tərkibindəki maddılərin haqqında məlumatlar verilməlidir”.

E.Hüseynov Bakıda qab pastalarının şampun qablarına tökülərək müştərilərə satıldığını, bu cür halların hətta bir çox otellərdə də baş verdiyini, habelə “Romaşka”, “Almalı” markalarının saxtalaşdırıldığını da xatırlatdı.

Qeyd edək ki, ötən həftə Türkiyədə aparılan yoxlamalar zamanı mağazalarda satılan külli miqdarda saxta kosmetik vasitə və saç şampunlarının xarici ölkələrə də satıldığı bəlli olub.

Türkiyə mətbuatının məlumatına görə, son bir-iki ayda aparılan araşdırmalarda 5 min şampunun saxta olduğuna dair rəy verilib.

Türkiyənin Səhiyyə Nazirliyi yoxlamalar aparılsa da mağazalarda saxta məhsulların satışının qarşısının alınmasının mümkünsüz olduğunu bildirib.

İddialara görə, saxta məhsulların böyük hissəsi saç şampunlarıdır. Bu məhsullar bir neçə ölkələrə də satılır. Həkimlər isə saxta şampunların tərkibinə qatılan kimyəvi tərkibli qatqıların saç tökülməsinə, dəri xəstəliklərinə səbəb olduğunu bildiriblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *