Siqareti tərgitməyə kömək edən qida
İsrailin Hayfa Univeristetinin alimləri belə bir araşdırma aparıblar. Siqaret tüstüsü beyindəki Omeqa-3 yağ turşusunun miqdarını azaldır. Omeqa-3 yağ turşusunun çatışmazlığı beyindəki əsəb hüceyrələrini sıradan çıxarır. İnsanda məmnuniyyət hissinə cavabdeh olan hüceyrələr ilə əsəb hüceyrələri arasındakı əlaqə kəsilir. Daha dəqiqi isə, Omeqa-3 yağ turşusunun çatışmazlığı olan insanlar zərərli vərdişlərlə mübarizə aparmaqda çətinlik çəkirlər.
Hayfa Univeristetinin professoru, doktor Şenkar deyir ki, balıq yağı ilə siqareti tərgitmək üsulu digər üsullardan fərqli olaraq zərərsizdir, əks təsirləri yoxdur.
Mənbə:> milli.az