Bakıda "Say cheese" layihəsi keçirildi – FOTO
Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzində oktyabrın 15-də “Ailə albomu” Şərq əməkdaşlığının foto albomunun ictimaiyyət üçün təqdimatı keçirildi. Bu foto albom 30 ay davam etmiş “Say Chesse” layihəsinin yekunu olaraq çapdan çıxmışdır.
AzNews.info xəbər verir ki, altı ölkənin iştirak etdiyi tədbiri Avropa Birliyinin “Mədəniyyət” proqramı çərçivəsində maliyyələşdirilmişdir. “Say Cheese” Şərq Əməkdaşlığı ölkələrininin müsbət imicinin formalaşması məqsədi daşıyan yaradıcı fotoqraflarla ilk layihədir. Foto albomda Şərq Əməkdaşlığı ölkələrindən bəhs edən fotolar yer almışdır. Beynəlxalq plenar zamanı çəkilmiş fotolar nəfis şəkildə çapdan çıxmışdır. Azərbaycandan 8 fotoqraf bu ölkələrdə olmuşlar.
Azərbaycan Fotoqrafları Birliyi və Şərq Əməkdaşlığı ölkələrindən doqquz fotoqrafı ilə birlikdə fotoplenar təşkil etmişdir. Kitabın təqdimatda AFB-nin sədr Mirnaib Həsənoğlu “Say Chesse” layihəsi haqqında geniş məlumat verdi. Gürcüstan Fotoqraflar Assosasiyasının sədri Akaxa Pxakadze layihədə iştirakın uğurlarından danışaraq gələcəkdə belə layihələrin davamını qeyd etdi və plenar zamanı sənətkarların dostluğundan, birliklərin və assosasiyaların birgə işlərinin əhəmiyyətindən bəhs etdi. “İRS” jurnalının redaktoru Azərbaycanın tanıdılmasında bu kitabın daha bir adım olduğunu qeyd edərək, kitabın çapdan çıxması münasibəti əməyi keçənləri təbrik etdi. Moldavanın səfiri Gheorghe Botan bu kitab ölkəsinin gəzməli, görməli və tarixi yerlərinin bir daha görmək imkanından məmnunluğunu bildirdi. Rüfət Abasa, Anna Süleymanova, Sevinc Aslanova, İradə Qədirova, Xanım Əliyeva,Seymur Abbasov, Araz Adiloğlu, Azad Bağırov, Tural Cəfərov, Rauf Umud ,Ayxan Əhmədov tədbirin sonunda “Say Chesse”layihəsində Şərq əməkdaşlığı ölkələrinin “fotoqraf-eksperti”, “fotoqrafı” sertifikatı və diplomlarla təltif oldular. Tədbirdə iştirak edən qonaqlara foto albom hədiyyə olundu.
Mənbə:> AzNews.info