18 qohumunu bir anda itirdi – FOTO
“Onları Ankaranı gəzdirməyə hazırlaşırdım, indi cənazələrini bir-bir evlərinə göndərirəm”.
Hülya Ünal Siirtdən mitinq üçün Ankaraya gələn 18 qohumunun partlayışda həyatını itirdiyini bildirib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışdan sonra 15 qohumunun cənazəsini ailələrinə göndərən Ünal digər üç yaxınının cəsədi üçün Məhkəmə tibbi ekspertizasının binasında gözlədiyini qeyd edib: “Şənbə günü Siirtdən gələn qohumlarım tez-tez zəng edib olduqları yeri deyirdilər. Mən onlara söz vermişdim ki, mitinqdən sonra Ankaranı gəzdirəcəm. Avtobusdan enib bir neçə addım atdığım zaman partlayış hadisəsi baş verdi. Qohumlarımın çoxu orada idi. Alovlara doğru qaçmağa başladım. O anları ifadə etməyə bir söz tapmıram. Çarəsizliyi iliklərimə kimi hiss etdim. 18 qohumum partlayışda həyatını itirdi. 15-nin cənazəsini Siirtə göndərmişəm, 3-nün şəxsiyyəti hələ təsdiq olunmayıb”.
Ünalın partlayışda həyatını itirən 18 qohumundan biri 19 yaşlı Dijle Deli torpağa basdırılan zaman atası Faiq Deli orada həyatını itirən hər kəsin onun üçün Dijle olduğunu bildirib. Dijle partlayışdan əvvəl Siirtdən Ankaraya sülh mitinqi üçün gələnlərlə birlikdə çəkdiyi fotonu sosial şəbəkədə paylaşaraq “Ankaraya “Sülh” gətirməyə gəlirik” sözlərini yazıb.
Mənbə:> Qafqazinfo.az