Dövlət Xidmətindən brusellyoz xəstəliyi ilə əlaqədar TƏKZİB » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Dövlət Xidmətindən brusellyoz xəstəliyi ilə əlaqədar TƏKZİB

Dövlət Xidmətindən brusellyoz xəstəliyi ilə əlaqədar TƏKZİB


Bu günlərdə bir sıra kütləvi informasiya (KİV) vasitələrində Şabran rayonunda heyvanlar arasında brusellyoz xəstəliyinin kütləvi şəkildə baş verməsi barədə məlumat yayılıb.

Bu məlumatla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, Şabran rayonunda cari ilin 9 ayı ərzində rayonda saxlanılan 13688 baş iribuynuzlu heyvandan, 2 min baş ana qoyundan, 1680 baş qoçdan brusellyoz xəstəliyinə görə diaqnostik məqsədlə qan alınıb. Aparılan seroloji müayinə nəticəsində ayrı-ayrı vaxtlarda və ayrı-ayrı təsərrüfatlarda 7 baş iribuynuzlu, 2 baş xırdabuynuzlu heyvanın qanı müsbət reaksiya verib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənov Oxu.Az-a bildirib.

Mətbuat xidmətinin rəhbəri yayılan xəbərlərin əsassız olduğunu qeyd edib:

“Qalan heyvanlarda isə xəstəliyin törədicisinə təsadüf edilməyib. Müsbət reaksiya vermiş heyvanlar xəstəliyin təlimatına uyğun olaraq vaxtında təsərrüfatdan təcrid edilərək, zərərsizləşdirilib. Bu da onu göstərir ki, Şabran rayonunda heyvanlar arasında brusellyoz xəstəliyinin kütləvi şəkildə yayılmasından söhbət belə gedə bilməz və bu məlumatın heç bir əsası yoxdur.

Epizootik tədbirlər planına uyğun olaraq cari ilin 9 ayı ərzində Şabran rayonunda xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı “Rev-1” ştampının göz-damcı üsulu ilə 10 min başa yaxın heyvanda profilaktik məqsədlə peyvəndləmə tədbiri aparılıb və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir”.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib ki, müayinə zamanı aşkar edilən xəstə heyvanlar vaxtında təcrid edilərək “Brusellyoz xəstəliyinin profilaktikası və ləğv edilməsi tədbirləri haqqında” təlimata uyğun zərərsizləşdirilir. Eyni zamanda heyvan sahibinin təsərrüfatında dezinfeksiya işləri həyata keçirilməklə əhali arasında maarifləndirmə işi aparılır.

Xidmətdən qeyd edilib ki, baytarlıq şəhadətnaməsi olmadan başqa rayonlardan və yaşayış məntəqələrindən təsərrüfata heyvan gətirilməsinə icazə verilmir. Heyvan sahibləri əraziyə xidmət və nəzarət edən baytarlıq mütəxəssislərinin tələblərinə ciddi əməl etməklə heyvanlara baxış keçirilməsinə, müayinə edilməsinə, peyvəndləmə aparılmasına və onlardan qan nümunələrinin götürülməsinə xüsusi şərait yaratmalıdırlar. Qeyd edək ki, bütün bu tələblər profilaktik xarakter daşıyır və təsərrüfatların sağlamlığına xidmət edir.

Bundan başqa, xidmətdən onu da əlavə ediblər ki, bu kimi profilaktik işlər bütün respublikada həyata keçirildiyindən indi xəstəliyin səviyyəsi 5-6 il bundan əvvəl illə müqayisədə dəfələrlə aşağı salınıb. Dövlət Baytarlıq Nəzarəti Xidməti bu istiqamətdə lazımi tədbirlərini davam etdirir və yayılmış məlumatın heç bir əsası olmadığını bildirir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *