İrandan Azərbaycana gətirilən quş ətinə – QADAĞA
İran ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar olaraq, Mazandaran vilayətindən Azərbaycana quş ətinin, quş əti məhsullarının, eləcə də bir günlük cücə və damazlıq yumurtanın gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Y. Xanvəli bildirib ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova sərəncam imzalayıb. Aidiyyəti qurumlara xəstəliyin ölkəmizə keçirilməsinin qarşısı alınması üçün tapşırıqlar verilib:
“Eləcə də iş adamlarına, ayrı-ayrı dövlət qurumlarına bu barədə məlumatlar verilib”.
Mənbə:> APA