Sahibsiz heyvanların yaşayış yerlərindən uzaqlaşdırılması kimin səlahiyyətindədir? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sahibsiz heyvanların yaşayış yerlərindən uzaqlaşdırılması kimin səlahiyyətindədir?

Sahibsiz heyvanların yaşayış yerlərindən uzaqlaşdırılması kimin səlahiyyətindədir?


Sahibsiz itlərin yaşayış yerlərindən uzaqlaşdırılması, sığınacaqlara aparılması şəhər, yaxud da rayon icra hakimiyyətlərinin tabeliyindəki qurumlar tərəfindən həyata keçirilir.

AzNews.info xəbər verir ki, bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O, bildirib ki, ölkədə, o cümlədən Bakıda sahibsiz heyvanlar saxlanılan sığınacaqlarda baytarlıq xidməti tərəfindən ancaq baytarlıq tədbirləri həyata keçirilir:

“Heyvanın axtalanması, şübhəli hal olduqda müəyyən müddət izolyasiyada saxlanması, bir sözlə heyvanın sağlam, ya qeyri-sağlam olması ancaq baytar həkimin qərarı ilə müəyyən olunmalıdır. İcra hakimiyyəti deyir ki, biz bu işlə məşğul deyilik. Bəs kim məşğuldur? Sahibsiz heyvanların tutulub müəyyən məkanda saxlanması birbaşa Bakı şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin səlahiyyətindədir. Son günlər bizim “Qaynar xətt”ə çoxlu zənglər ki, filan yerdə sahibsiz itlər var, gəlin, götürün. Məgər baytar həkimin vəzifə borcu gedib küçədə it tutmaqdır?”

Y. Xanvəli əlavə edib ki, respublikada, habelə Bakıda sahibsiz heyvanlara qarşı baytarlıq tədbirləri təşkil olunur:

“Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədi ilə əlli min doza miqdarında oral vaksin alınıb. “Çevik qruplar” yaradılıb və pilot layihə kimi peyvəndləmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində, Abşeron yarımadası və Bakı ətrafı ərazilərdə təşkil olunub. Quduzluq əleyhinə vaksin yerləşdirilən aldadıcı yemlər meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı gedib gəldiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılaraq nəzarəti tədbir həyata keçirilib. 15 gündən sonra əraziyə baxış keçirilən zaman məlum olub ki, həmin yemlər vəhşi heyvanlar və sahibsiz itlər tərəfindən mənimsənilib”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *