Azərbaycanda azyaşlı uşağı su apardı
Yevlax rayonununda öümlə nəticələnən bədbəxt hadisə baş verib. 3 yaşlı uşağı su aparıb.
AzNews.info xəbər verir ki, Yevlax rayon prokurorluğundan ANS PRESS-ə bildirdilər ki, rayonun İslamabad kənd sakini Aytən Ələkbərova və 3 yaşlı övladı Ayxan Əbüfəz oğlu Ələkbərov kanaldan keçmək üçün üzərində olan borunun üzərinə çıxıblar. Elə bu zaman onların ayaqları sürüşüb, ana və övlad suya düşüblər.
Axar su onları aparmağa başlayıb. Aytən Ələkbərov sudan çıxmağa nail olsa da Ayxan Ələkbərovu su aparıb.
Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin dövlət sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Aparılan araşdırmalar nəticəsində azyaşlı sudan çıxarılıb və ailəsinə təhvil verilib.
Həmin ailənin Ayxandan başqa bir övladı var.
Faktla bağlı yevlax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə:> AzNews.info