Bakıda 21 yaşlı gənc dənizdə boğuldu
Bakıda 21 yaşlı oğlan dənizdə batıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən 700 m solda, nəzarət olunmayan ərazidə) 1994-cü il təvəllüdlü Məmmədov Pərviz Nazim oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.
P.Məmmədovun cəsədi batdığı yerdən 400 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Mənbə:> Oxu.Az