Gənc oğlan göldə boğuldu
Şabran rayonunda bir nəfər göldə batıb.
Oxu.Az-ın FHN-ə istinadən xəbər verir ki, rayondakı süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 83 km aralı, nəzarətsiz ərazidə) 1999-cu il təvəllüdlü, Mövludov Murad Ruslan oğlunun batması haqqında məlumat daxil olub. M.Mövludovun cəsədi xilasedicilər tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 18:35-də başa çatıb.
Mənbə:> Oxu.Az