Azərbaycanda məmur göldə batıb
Şabran rayonunda dövlət qulluqçusu bədbəxt hadisə nəticəsində ölüb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Şabran rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi 1986-cı il təvəllüdlü Ağalar Mürsəl oğlu Soltanov göldə boğulub.
Hadisə dünən axşam Daşlıyataq kəndində qeydəalınıb. Ağalar Soltanov əmisinin şəxsi təsərrüfatındakı göldə balıq tutarkən qeydə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə:> ANSPRESS