Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Şəkidə 7 bal gücündə zəlzələ baş verən qəsəbədə 90-a yaxın ailə yaşayır, 90 ev var. Qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.
Şərifovun sözlərinə görə, Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib, Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub:
“Hələ araşdırmalar gedir. Bununla belə, dünən dövlət başçısının göstərişi, Nazirlər Kabinetinin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur”.
Mənbə:> APA