Zəlzələ nəticəsində evlərin divarları çatladı – İLK FOTOLAR
Azərbaycanda baş verən 7 bal gücündə zəlzələ bir sıra rayonlarda evlərin divarlarında çatlar əmələ gətirib.
Oxu.Az xəbər verir ki, zəlzələ ən çox Şəki və Oğuz rayonlarında hiss olunub.
Bir sıra evlərin divarlarında böyük çatlar yaranıb.
Öz növbəsində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Oxu.Az-a bildirib ki, zəlzələ hiss olunan ərazilərdən quruma heç bir məlumat daxil olmayıb.
Onun sözlərinə görə, zəlzələ nəticəsində hər hansı bir dağıntının olması qeydə alınmayıb.
Vətəndaşların zəlzələnin yaratdığı fəsadlar barədə çəkdikləri fotoşəkilləri təqdim edirik.
Mənbə:> Oxu.Az