Azərbaycandan olan çaqqal “Aeroflot”da işini bitirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Azərbaycandan olan çaqqal “Aeroflot”da işini bitirdi – FOTO

Azərbaycandan olan çaqqal “Aeroflot”da işini bitirdi


Rusiyanın “Aeroflot” şirkəti 2008-ci ildə Azərbaycandan aldığı və yaxşı iybilmə qabiliyyətinə malik itlərin yetişdirilməsi üçün istifadə etdiyi İki ləqəbli dişi Asiya çaqqalını Moskva zooparkına bağışlayıb.

Oxu.Az bu barədə "İnterfaks"a istinadla xəbər verir.

“İki “aviasiya karyerasını” bitirir və Moskva zooparkının sərəncamına keçir”, - deyə, “Aeroflotdan” cümə axşamı bildiriblər.

“Aeroflot”dan bildiriblər ki, 2008-ci ildə Bakı zooparkı üç ədəd biraylıq Asiya çaqqalı küçüyünü Sulimov cinsindən olan xidməti it almaq üçün aviaşirkətə təqdim edib.

Sulimov cinsindən olan it daha yaxşı iybilmə qabiliyyətinə malikdir.

Həmin itlərdən biodetektor qismində istifadə edirlər.

“Sulimov it cinsi arktik laykanın və Şimali Qafqaz çaqqalının cütləşdirilməsi yolu ilə alınır və çətin axtarış işlərini aparmaq üçün istifadə olunur. Şimal laykasından itə insana bağlılıq, intellekt və soyuğadavamlılıq, çaqqaldan isə daha yaxşı iybilmə keçib”, - deyə, məlumatda bildirilir.

Hazırda “Aeroflot”un kinoloji xidmətinin itləri arasında İkinin nəvələri də var.

Azərbaycandan olan çaqqal “Aeroflot”da işini bitirdi
Azərbaycandan olan çaqqal “Aeroflot”da işini bitirdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *