Rusiyalı qadının “Putin sizi öldürəcək!” qışqırıqları uçuşa mane oldu » AzNews.info -Xəbər portalı

Rusiyalı qadının “Putin sizi öldürəcək!” qışqırıqları uçuşa mane oldu – VİDEO

Rusiyalı qadının “Putin sizi öldürəcək!” qışqırıqları uçuşa mane oldu


İnternetdə sərxoş rus qadının təyyarə salonunda fransız polisləri ilə qalmaqalının əks olunduğu video yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə internet-nəşr News Daily bildirib.

“Aeroflot” reysinin təyyarə salonunda səs-küy yaradan sərxoş sərnişin Parisdən Rusiya Federasiyasının paytaxtına uçmalı idi.

Qadın təyyarə salonuna çağırılan polislərə bərbad ingilis dilində “Putin sizi öldürəcək!” deyə çığırıb. Amma qadını onlar da sakit edə bilməyiblər.

Çərçivələrə sığmayan davranışına görə qadını təyyarədən düşürməli olublar, təyyarə isə 1 saat gecikib. Şahidlərin sözlərinə görə, qadın hələ gözləmə zalında bir neçə stəkan araq içib və RLDP ilə olan əlaqələrilə qürrələnib. Əməkdaşların xəbərdarlıqlarına kobudcasına cavab verib. Hadisəyə görə reys bir saat gecikib, qadını isə təyyarədən endirməli olublar. Asayiş keşikçilərini çağırdıqda qadının qəzəbi daha da artıb.

“Aeroflot”dan vəziyyətə dair şərh verilməyib, qadının kimliyini müəyyən etmək hələ ki, mümkün olmayıb.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *