Bu əlamətlər ölümünüzün yaxınlaşdığını xəbər verir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Bu əlamətlər ölümünüzün yaxınlaşdığını xəbər verir

Bu əlamətlər ölümünüzün yaxınlaşdığını xəbər verir

Yaşlılarda qoxu, iybilmə duyğusunun itməsi ölümün əlaməti ola bilər
ABŞ-dakı Kolumbiya Universitetinin alimləri 65 yaş və daha yuxarı yaş qrupu arasında araşdırma aparıb. Araşdırmanın nəticələri "Annals of Neurology" jurnalında dərc olunub. Araşdırmada 1160 nəfər iştirak edib. Araşdırmada iştirak edən yaşlılara təxminən 40 müxtəlif maddə iylədilib.

Araşdırma qrupu daha sonra iştirakçılardan iylədikləri maddələrin nə olduğunu siyahıda qeyd etmələrini istəyiblər. Alimlər bu siyahıya nəzərən iştirakçıların sağlamlıq vəziyyətini təhlil ediblər.
Nəticədə məlum olub ki, qoxuları ayırd etməkdə çətinlik çəkən 349 nəfər xəstəlikdən, ya da qəza nəticəsində 4 il ərzində dünyasını dəyişib.

Araşdırmanın rəhbəri həkim Davangere Devanand qoxu və iybilmə duyğusunun azalmasının ölüm riskinin əlaməti olduğunu bildirib. Onun sözlərinə görə, iybilmə qabiliyyəti azaldıqca ölüm riski daha da artır.

Devanand araşdırmanın yalnız yaşlıları əhatə etdiyini söyləyib. O, araşdırmanın nəticələrinin gənc və orta yaşlılara aid olub-olmadığını müəyyən etmək üçün başqa təcrübələrin aparılmasının lazım olduğunu vurğulayıb.

Alimlər qoxu duyğusunun azalmasının ağır bir xəstəliyin əlaməti ola bildiyini və bəzi qəzaların yaranmasına səbəb ola biləcəyini söyləyiblər. Məsələ burasındadır ki, iybilmə duyğusunu itirmək yaşlıların xarab olmuş qidanı yeyərək zəhərlənməsinə gətirib çıxarır.

Mənbə: rublika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *