Pişik sahibəsinin xərçəng xəstəliyini belə aşkarladı – FOTO
Böyük Britaniyada maraqlı hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, İngiltərədə Stefani adlı qadın iddia edir ki, pişiyi onu iyləyərək xərçəng xəstəsi olduğunu bilib və bununla da qadının həyatı xilas edilib.
55 yaşlı qadın xəstəliyinin heç bir əlaməti hiss edilmədiyi vaxtda pişikləri daim onun ətrafında fırlanır və onun qarnının üstündə yatırdıılar. 6 ay sonra isə qadın arıqladığını deyib. Bundan sonra o şübhələnib və müayinə olunub.
Müayinə nəticəsində qadının bağırsaqlarında çox nadir görülən xərçəng aşkarlanıb. Həkimləri təəccübləndirən isə o olub ki, bu xəstəlik irəliləyənə qədər demək olar ki, heç bir əlaməti özünü büruzə vermir. Dərhal əməliyyat edilən Stefani indi sağalıb.
Bəzi mütəxəssislər də heyvanların, xüsusilə itlərin iyləyərək xəstəlikləri müəyyən edə bildiklərini deyirlər. Belə ki, iybilmə reseptorları insanlarda 5 milyon olduğu halda, itlərdə 300 milyon iybilmə reseptoru var.
Mənbə:> ANSPRESS