Xərçəngin yeni dərmanı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Xərçəngin yeni dərmanı

Xərçəngin yeni dərmanı


Braziliyada 21-ci əsrin əsas bəlalarından olan xərçəng xəstəliyinə qarşı müalicə vasitəsi kimi gənə tüpürcəyinin sınaqları keçirilir.

ANS PRESS-in məlumatına görə, görünüşdən gənələrdən tüpürcək nümunələrinin götürülməsi heç də ürəkaçan mənzərə olmasa da, braziliyalı alimlər onun gələcəkdə əvəzsiz dərmana çevrilə biləcəyini iddia edir.

Butantan institutunda çalışan tədqiqat qrupu gənə tüpürcəyində qan laxtalanmasına qarşı xassənin olduğunu kəşf edib. Həmçinin alimlərə məlum olub ki, xüsusi olaraq ambiomin–iks adlı molekul bədxassəli xərçəng hüceyrələrini öldürməyə kömək edir. Siçanlar və dovşanlar üzərində sınaqlar o qədər uğurlu olub ki, xərcəng şişlərinin azalması il yanaşı, gənə tüpürcəyindən hazırlanmış preparat sağlam hüceylərə heç bir ziyan vurmayıb.

Bu üsulla artıq sınaq heyvanlarında dəri, böyrək, ağciyər xərçəngləri uğurlu şəkildə müalicə olunub. Gənə tüpürcəyinin insan üzərindəki kliniki sınaqları da müvəffəqiyyət qazanacağı təqdirdə, xərçəng xəstəliyinin müalicəsində bir inqilabı müşahidə etmiş olacağıq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *