Bakıda oğlan sevgililəri ilə cinsi əlaqədə olub telefona çəkdi » AzNews.info -Xəbər portalı

Bakıda oğlan sevgililəri ilə cinsi əlaqədə olub telefona çəkdi

Bakıda oğlan sevgililəri ilə cinsi əlaqədə olub telefona çəkdi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki sevgilisi ilə intim münasibətdə olub sonradan onları şantaj etməkdə təqsirləndirilən 29 yaşlı Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzNews.info xəbər verir ki, “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxs üçün cəza istəyib.

A.Məmmədov 2014-cü ildə iki qadınla eyni vaxtda sevgili olub. Tanış olduğu Günel adlı qadınla bir evdə yaşayıb, eyni zamanda Türkanə adlı qızla da sevgili olub. A.Məmmədov hər iki qadınla bir neçə dəfə cinsi əlaqədə olub və bunu mobil telefonun kamerası ilə çəkib.

Sonradan isə həmin videoları yayacağı ilə hədələyərk sevgililərindən 3 min manata yaxın pul alıb. Bu məsələ ilə bağlı mübahisələrin birində Anar Məmmədov sevgilisi Türkanəni döyüb.

Hazırda Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilən A.Məmmədov bundan öncə də Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirləndirilərək Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 600 manat cərimə olunub. A.Məmmədov rayon məhkəməsinin qərarını bu günə kimi icra etməyib.

Anar Məmmədov istintaqa ifadəsində qızlardan pulu borc aldığını deyib, məhkəmədə də özünü təqsirli bilib. Sevgililərinə dəyən maddi ziyanı ödəyib.

Dövlət ittihamçısı A.Məmmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cərimə olunduğu 600 manatı ödəməsini istəyib.

Zərərçəkən Günel dövlət ittihamçısının istədiyi cəzaya münasibət bildirərkən deyib ki, keçmiş sevgilisinin həbs edilməsini istəmir: “Yalnız cərimə olunsa, bəsdir”.

Digər zərərçəkən sevgili Türkanə isə ümumiyyətlə Anar Məmmədov haqda şikayətçi olmadığını bildirib. O qeyd edib ki, onu bu qərarı verməyə heç kim məcbur etməyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış edərək dəyən ziyanın ödənildiyini və Anar Məmmədovun özünü təqsirli bilməsini xatırladaraq məhkəmədən şərti cəza çıxarmasını xahiş edib.

Anar Məmmədov son söz demək üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası sentyabrın 10-na təyin edilib.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *