Şəhid ailələrinə “ev tikən” dələduzlara hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Şəhid ailələrinə “ev tikən” dələduzlara hökm oxundu

Şəhid ailələrinə “ev tikən” dələduzlara hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ döyüşlərində iştirak etmiş, şəhid və itkin düşmüş şəxslərin ailələrinə qarşı dələduzluqda təqsirli bilinən Ceyhun Əliyev, Vaqif Məmmədov, Samir Hümbətov, Məhyəddin Behbudov, Fərhad Əliyev və Anar Nəbiyevin məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Ceyhun Əliyev 11 il 6 ay, Vaqif Məmmədov 11 il 6 ay, Samir Hübbətov və Məhyəddin Behbudovun hər biri 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən Fərhad Əliyev və Anar Nəbiyev isə Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə şərti azadlığa buraxılıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməli törədiblər. 2009-2013-cü illərdə fəaliyyət göstərən dəstə üzvləri Sumqayıt şəhəri, 12-ci mikrorayonda itkin düşmüş şəxslərin ailə üzvləri və Qarabağ döyüşlərində iştirak edənlər üçün bina tikiləcəyini bildiriblər. Onlar binada Qarabağ müharibəsi iştirakçıları və Qarabağ döyüşlərində şəhid olanların ailələri üzvlərinə mənzillərin verilməsində kömək göstərəcəklərini vəd ediblər. birotaqlı evi 8 min manata, ikiotaqlı evi 10 min manata, üçotaqlı evi 12 min manata satacaqlarını deyiblər.

Dəstə üzvləri Milli Məclisin sosial təminat şöbəsinin müdiri A.Ağayev tərəfindən mənzillərə guya zərərçəkmişlərin adlarına rəsmiləşdirilməsi barədə saxta sənəd təqdim ediblər. Beləliklə, həmin saxta sənədi göstərməklə zərərçəkmişləri aldadıblar.

Cinayət işi üzrə 45 zərərçəkmiş tanınıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *