Azərbaycanlılar Belarusa müalicəyə gedirlər
Belarusda tibbi xidmətlərin ixracı ildən-ilə artır.
Oxu.Az Belarus KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyində bildiriblər.
Maraqlıdır ki, Belarusa tibbin yüksək səviyyədə olduğu ölkələrin sakinləri də, məsələn, İsraildən də gəlirlər.
Keçən il tibbi turizm Belarusa təxminən 165,5 min adam cəlb edib.
Belaruslu həkimləri əvvəlki kimi MDB ölkələrinin vətəndaşları seçir. Ölkənin Səhiyyə Nazirliyində bildiriblər ki, bu, sərhədlərin və dil baryerinin olmamasındandır.
Belə ki, Belarus klinikalarına Gürcüstan, İsrail, Azərbaycan, Qazaxıstan, Bolqarıstan, Polşa vətəndaşları daha fəal gəlməyə başlayıblar.
Səhiyyə Nazirliyində xarici vətəndaşların bu marağını qiymət və keyfiyyətin uyğunluğu ilə izah ediblər.
Xarici vətəndaşlar üçün bu gün əsasən böyüklər və uşaqlar üçün onkoloji elmi-praktiki mərkəzlər, travmatoloji və neyrocərrahiyyə mərkəzləri maraq kəsb edir. Xarici ölkələrdən olan xəstələri əsasən yüksək texnologiyalı əməliyyatların keçirilməsi maraqlandırır.
Mənbə:> Oxu.Az