Belarus politoloqları Qarabağ münaqişəsi haqqında
Belarus özünü yenə də sülhməramlı rolunda göstərmək istəyir, Belarus diplomatiyasının fəallığını minskli politoloq Andrey Fedorov izah edib.
“Minskdə baş tutmuş və guya uğurlu keçən “Normand dördlüyü” görüşü fonunda Belarusun (ola bilər Xarici Siyasət Nazirliyinin, ola bilər bütün ölkə) rəhbərliyi bundan istifadə etmək qərarına gəlib. Öz diplomatik uğurlarını təklif etmək arzusu elə buradan irəli gəlir”, o deyib.
Oxu.Az xəbər verir ki, bu barədə Andrey Fedorov Azadlıq Radiosuna Dağlıq Qarabağ münaqişəsinin tənzimləmə prosesində Belarusun mümkün yardımını şərh edərkən deyib.
“Bu təşəbbüsü 90-cı illərin əvvəllərində o zamankı Belarus xarici işlər naziri Kravçenko irəli sürüb. Onun da məqsədi belə idi – dünyanın diqqətinin Belarusa cəlb etmək.
Qrup yaradıldı. O, “Minsk” adını aldı. Məncə orada bundan başqa Minskə aid olan heç nə yox idi. Və artıq iyirmi ildir ki, bu qrupun Belarusa aidiyyatı yoxdur”, - Andrey Fedorov qeyd edib.
“Münaqişə hərbi fazaya keçmir, belə ki, Ermənistanın arxasında Rusiya və Belarusun daxil olduğu KTMT durur. Azərbaycanın arxasında isə Türkiyə və NATO durur”, beynəlxalq icmaçı Roman Yakovlevski qeyd edir.
“Formal olaraq Belarus, hər şeydən öncə isə Rusiya, Ermənistanı müdafiə etməlidirlər. Amma prezident Əliyevin Ankaraya səfəri Azərbaycan və Türkiyə arasında: bir millət – iki dövlət formatında olan xüsusi münasibətlər statusunu təsdiqlədi.
Ona görə də münaqişəyə yaxın stabillik davam edir. Bu isə Rusiya üçün çox əlverişlidir. Ona sabitləşdirmək və həm Azərbaycana, həm də Ermənistana silah satmaq sərf edir. Bu isə böyük pullardır.
Düşünürəm ki, közərən münaqişə vəziyyəti qalacaq”, - ekspert deyib.
Mənbə:> Oxu.Az