Böyük savaşa hazırlıq gedir
Belarusda ehtiyatda olan hərbçilər orduya çağırılır.
ANS PRESS-in məlumatına görə, bu barədə "Gazeta.ru" xəbər saytı Belarusun Baş Qərargahında olan mənbəsinə istinadən xəbər yayıb.
Bildirilir ki, ölkədə genişmiqyaslı hərbi təlimlər keçirilir.
Hərbi ekspertlər hesab edir ki, ehtiyatda olan hərbçilərin orduya çağırılması Ukraynada gedən vətəndaş müharibəsinin eskalasiyası ilə əlaqədardır.
Bundan başqa Belarus Müdafiə Nazirliyi isə bəyan edib ki, ölkəyə NATO-dan böyük təhlükə var.
Belarusda 15 min ehtiyatda olan hərbçinin orduya çağırılması gözlənilir. Bununla da ordunun sayı 50 minə çatdırılacaq.
Mənbə:> ANSPRESS