Qızlar vəhşi üsulla zorlanmaya qarşı qorunur – FOTO
Kamerunda yeniyetmə qızları zorlama hadisələrindən qorumaq üçün dəhşətli metoddan istifadə olunur. ANS PRESS-in məlumatına görə, yetkinlik yaşına çatmış qızların sinəsi ocaqda isidilmiş əşyalarla ütülənir. Bu metod, qızların sinəsinin böyüyərək kişi təcavüzçülərə cazibədar görünməsinin qarşısını almaq üçün əsasən onların anaları tərəfindən həyata keçirilir.
Xüsusilə çöllük ərazilərdə çoxalan zorlama və gənc yaşda hamilə qalmaq hadisələri qarşısında yerlilər bu vəhşi üsulu problemin proflaktiki həlli yolu kimi görürlər.
Ölkədə kişilərə cazibədar görünməmək üçün yetkinlik yaşına çatan qızların sinələri isti daşlar, hind qozunun qabığı, qızdırılmış bıçaqlar və s. bu kimi əşyalarla basılaraq düzləşdirilməyə çalışılır.
Statistikaya görə, yetkinlikyaşına çatan qızların 26%-i bu cür proflaktiki qoruma üsuluna məruz qalır. Həkimlər bunun sağlamlıq üçün olduqca zərərli olduğunu bildirirlər.
Kamerunlu analar qızlarının sinəsini qızmar daşlarla əzərək bədəninin normal inkişafının qarşısını alırlar. Bir çox halda süd vəziləri əzilərək sıradan çıxan qızlar ana olduqdan sonra körpələrini əmizdirə bilmirlər.
Yaralara mikrob düşməsi və sinədə yanıq izlərinin qalması problemin digər pis tərəfidir.
Bu metod bəzi Afrika ölkələrindəki vəhşi uyğulama olan qız sünnəti ilə müqyisə olunur və mübahisələrə səbəb olur.
Mənbə:> ANSPRESS