Yeni realiti şou - qızlar və tanklar – VİDEO
“Orduda bir gün”. ANS PRESS-in məlumatına görə, Belarus hərbi akademiyası, "Tut.by" internet portalı və belarus hərbi informasiya agentliyi “Vayar”ın birgə layihəsinin adı məhz belədir.
Layihədə iştrak edən hər kəs əsl realiti-şouya düşür. Bir gün qalır və o günü digər hərbiçilərdən heç bir fərq olmadan yaşayırlar. Lakin maraqlısı bununla da bitmir. Layihəyə hərb sahəsindən az məlumatlı insanlar dəvət olunur?
Bəs qızlar? Sizcə belarus qızları nə qədər müharibəyə hazır ola bilər. Belarusun ONT telekanalının xanım müxbiri Anna Lıj layihədən çəkmək istəyəndə məhz qızların olduğu günə düşür. 10 cazibədar xanım hamı kimi tezdən qalxaraq ayaq döyməyə başlayır. Gün ərzində onları əsl silahlardan atəş açmaq, tankla hədəfi vurmaq və tankı zərərsizləşdirmək kimi çətin sınaqlar gözləyir.
Mənbə:> ANSPRESS