Şok! 20 dəfə bəkarət əməliyyatına məcbur olundum
İŞİD terror təşkilatının seks köləsi kimi istifadə etdiyi qızlar başlarına gələnlər barədə şok açıqlamalar veriblər.
ANS PRESS-in məlumatına görə, BMT-nin cinsi zorakılıq üzrə xüsusi səfiri Zeynəb Banqura İŞİD əsirliyindən xilas olmuş qızlarla görüşərək hesabat hazırlayıb.
Səfirin, Suriya, Livan, İordaniya, İraq və Türkiyədəki düşərgələrdə apardığı araşdırmaların nəticələri insanın tüklərini ürpərdir.
Bildirilir ki, İŞİD terrorçuları fərqli din və məzhəbdən olan qızları anadangəlmə lüt soyunduraraq qul bazarında satışa çıxarırlar.
Açılışın 3 dollardan başladığı qul bazarında seks köləsi kimi satılan qızlar vəhşi, qeyri-humanist cinsi fantaziyalara məruz qalırlar.
Bu vəhşiliklərdən qaçmağa müvəffəq olmuş qızlardan birinin danışdıqları isə insanın qanını dondurur. Qızların satılmadan əvvəl bəkarət əməliyyatına məcbur edildiklərini deyən qurban, özünün 20 dəfə bu əməliyyata məruz qaldığını bildirib.
Mənbə:> ANSPRESS