Hadı Rəcəbli: "Azərbaycanlı qızların "boy friend"ləri yoxdur" » AzNews.info -Xəbər portalı

Hadı Rəcəbli: "Azərbaycanlı qızların "boy friend"ləri yoxdur"

Hadı Rəcəbli: "Azərbaycanlı qızların "boy friend"ləri yoxdur"


"Azərbaycanda erkən nikahla bağlı statistika reallığı göstərir. Yəni biz erkən nikahla bağlı nəyisə gizlətmirik. Avropalılar gedib özlərində bu statistikanı öyrənsinlər. Reallığı əks etdirən statistikanı. Avropada 15 yaşlı qızlar "boy friend" adı ilə vətəndaş nikahında yaşayırlar. Yaxşı olar ki, Azərbaycanda erkən nikahla bağlı statistikanı açıqlayanlar avropada "boy friend" adı ilə vətəndaş nikahında yaşayanların rəsmi qeydiyyatını aparsınlar".

Bu sözləri Movqe.az-a Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə erkən nikahla bağlı açıqladığı statistikaya və nikah yaşı ilə bağlı səsləndirdiyi fikirlərə münasibətində söyləyib. H.Rəcəbli deyib ki, Azərbaycanda daha nikah yaşını artırmağa ehtiyac yoxdur: "18 yaşı tamam olan qız fizioloji və bioloji baxımdan nikaha daxil olmaq üçün münasibdir. Biz nikah yaşını daha da artıraraq 18 yaşı tamam olan normal, gözəl-göyçək bir qızın nikaha daxil olmasını 18 yaşda əngəlləyək? Axı nəzərə almırlar ki, azərbaycanlı qızların "boy friend"ləri yoxdur. Onlar 15 yaşından hansısa oğlanla vətəndaş nikahında yaşamırlar. Hansısa oğlanla oturub-durmurlar. 18 yaşları tamam olanda normal şəkildə, qanunvericiliyə uyğun olaraq nikaha daxil olurlar. Avropalılar birinci getsinlər özlərində vətəndaş nikahı məsələsini tənzimləsinlər. Avropada azyaşlı qızlar hələ məktəb dövründən oğlanlarla cinsi münasibətdə olurlar. Bir neçə il belə, vətəndaş nikahı ilə yaşadıqdan sonra 33 yaşlarında da ailə qururlar. Avropalı qızların "boy friend"lərinin olduğunu həmin qızların valideynləri də bilirlər. Azərbaycanda erkən nikah hallarında artım yoxdur".

Qeyd edək ki, Azərbaycanda qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələrini araşdıran BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə 2013-cü ildə 5000 azyaşlının erkən nikaha girdiyini açıqlayıb. Onun rəqəmlərinə görə, keçən il bu say 4000 olub. Xüsusi məruzəçi, Raşida Mancu zorakılığın səbəbləri və fəsadlarını aradan qaldırmaq üçün siyasi iradə və dövlət, qeyri-dövlət sektorun vəzifəsinin olduqca mühüm olduğunu deyib. "Qadına qarşı zorakılığa insan haqları, vətəndaş və siyasi, iqtisadi, sosial-mədəni haqları prizmasından yanaşmaq lazımdır. Bu kompleks yanaşma olduğu təqdirdə qadınlara qarşı zorakılığın yerli-dibli ləvği istiqamətində işlərin aparılmasından söhbət etmək olar".

Onun mətbuata təqdim etdiyi rəqəmlər bu sahədə kifayət qədər problemin olduğuna işarədir. Raşida Mancu erkən nikahların əsasən cənub bölgəsinə xas olduğunu deyib. Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi isə problemin mövcud olduğunu, lakin heç də BMT məruzəçisinin təqdim elədiyi rəqəmlər kimi olmadığını deyir. Komitədə hesab edirlər ki, BMT bu rəqəmləri şişirtməklə öz mənafeyini güdür. Bu sahəni diqqətdə saxlayan Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, bu sahəni tənzimləyən qanun var və dövlət komitəsin də qanun işləməsinə çalışmalıdır. Reallıq isə onu göstərir ki, erkən evliliklər hər bir fərd üçün müxtəlif səviyyələrdə fiziki və mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcə də qızlara reproduktiv sağlamlıq baxımından ciddi ziyan vurur. Ölkə qanunlarına əsasən, qadın 17 yaşı tamam olmamış ərə gedə bilməz. UNİCEF isə bu yaş həddini 18-ə kimi artırmağa səsləyir. Bu həmçinin Uşaq Hüquqları Konvensiyasına da uyğundur.

Mənbə: Movqe.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *