3 yaşlı uşaq şəhər meri oldu
ABŞ-ın 22 nəfər əhalisi olan Dorset şəhərində (Minnesota ştatı) icra başçısı vəzifəsinə növbəti seçkilər keçirilib.
Oxu.Az The Daily Mirror-a istinadən xəbər verir ki, seçkilərin nəticələrinə görə, növbəti şəhər meri 3 yaşlı Ceyms Tafts seçilib. Bununlada o ən gənc icra başçısı kimi ABŞ tarixinə düşüb.
Tafts bu vəzifədə ardıcıl olaraq 2 il şəhər meri olan öz 6 yaşlı qardaşını əvəzləyib. Seçkilər günü gənc siyasətçi seçicilərlə söhbət zamanı qalib gələcəyi halda hər kəsi dondurmaya qonaq edəcəyini vəd edib.
Taftsın anası Ceymsin qələbə qazandığını başa düşəndə çox həyəcanlı olduğunu bildirib. O həmçinin qeyd edib ki, Ceymsin gələcəkdə siyasətçi karyerasını davam etdirmək fikri yoxdur, o balıqçı olmaq istəyir.
Mənbə:> Oxu.Az