Qüdsdə gey-parad zamanı fövqəladə hal – VİDEO
Ultraortodoksal yəhudi israilli gey və lezbiyanların bayramını korlayıb.
Oxu.Az euronews-a istinadən xəbər verir ki, Qüdsdə keçirilən ənənəvi gey-parad zamanı o, marş iştirakçılarına bıçaqla hücum edib. 6 nəfər yaralanıb. İkisinin vəziyyəti kritikdir.
Hadisə Keren a-Yesod və Corc Vaşinqton küçələrinin kəsişməsində baş verib. Polis operativ işləyib və qan tökülməsinin davamının qarşısını alıb.
Hücum edən şəxsin Ultraortodoksal yəhudi Yişay Şlisselin olduğu məlum olub. O, 2005-ci ilə analoji hərəkət edərək paradın 3 iştirakçısını yaralayıb. Ona 12 illik həbs cəzası verilsə də o, cəmi 10 il həbsxanada qalıb. Ali məhkəmədə apellyasiyadan sonra cəza müddəti qısaldılıb. Onu üç həftə bundan öncə azad ediblər.
“Təəssüf ki, homofobiya gey-paradın iştirakçısı Benni Tsupik deyib, - bu şəhərdə dərin köklərə malikdir və biz məhz bunun üçün paradımızı keçiririk. Biz vəziyyəti dəyişməyə çalışırıq və düşünürük ki, buna nail olacağıq”.
İsrail geylərinin “Qürur paradı” davam edir. Onlar bəyan ediblər ki, beləliklə, öz vətəndaş hüquqlarını realizə edirlər, onların rəqibləri isə bu qəbildən olan yürüşlərin üç dinin şəhərini (Qüdsü) təhqir etdiyini düşünürlər.
Mənbə:> Oxu.Az