Azərbaycanlılar banklara hücum çəkdi
Rusiyanın paytaxtı Moskvada 3 quldur hücumu törədilib.
ANS PRESS-in məlumatına görə, cinayətkarlar milyon yarım rus rublu oğurlayıblar. Soyğunçu dəstəsi artıq saxlanılıb.
Bunlar Azərbaycan əsilli Volqoqrad sakinləridirlər. Onlar maliyyə-kredit müəissələrinə tapança və bıçaqla basqın edərək kassanın açılmasını tələb ediblər.
Kassadakı bütün pulları götürüb avtomobillə aradan çıxıblar. Məhz hadisə yerindən avtomobillə getmələri onları ələ verib və nəticədə quldurları müəyyən etmək mümkün olub.
Operativ axtarış əməliyyatları nəticəsində xəfiyyələr cinayətkarların maşınını İzmailovski şossesində aşkarlayıblar. Baxış zamanı avtomobilin salonunda qaz və pinevmatik tapança tapılıb.
Hazırda onların digər quldurluq hadisələrində iştirakı aydınlaşdırılır.
Mənbə:> ANSPRESS