Moskvada azərbaycanlılar bir-birini güllələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

Moskvada azərbaycanlılar bir-birini güllələdi - VİDEO

Moskvada azərbaycanlılar bir-birini güllələdi

Paytaxtın Vilnyuski küçəsində yerləşən “Vostoçnaya skazka” kafesində yaranan münaqişə zamanı bir nəfər həlak olub və iki nəfər isə odlu silahdan yaralanıb.

Life news –a hüquq-mühafizə orqanlarında olan mənbənin verdiyi məlumata görə, atışmaya səbəb iki qrup arasında səs-küylü münasibət aydınlaşdırması olub. Nəticədə bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. DİN idarəsinin mətbuat xidmətində insan ölümü faktını təsdiqləyiblər.

Hal-hazırda faciə yerində müstəntiqlər və kriminalistlər çalışırlar. Onlar baş verənləri aydınlaşdıraraq insident iştirakçılarının hər birinin günahını müəyyənləşdirirlər.

Son informasiyaya müvafiq olaraq, polis qətlə aidiyyatı olan qara minivendə olan üç kişini axtarır. Hüquq mühafizə orqanlarının məlumatına əsasən, bütün cinayətkarlar silahlıdırlar.

Bundan başqa atışmada zərərçəkənlərin soyadları məlum olub: çiynindən yara alan Babayev 71 saylı şəhər kliniki xəstəxanaya, qarın nahiyəsindən yaralanan Abdullayev Sklifosovski adına instituta yatırılıb. Aydın Paşaəliyev isə qətlə yetirilib.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *