Bakıda 24 yaşlı qadının üçəmləri oldu
Respublika Perinatal Mərkəzində üçəm doğulub.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Baxşəliyeva Elnarə Elman qızı iyulun 29-da Bakıda üçəm (1 qız və 2 oğlan) dünyaya gətirib. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların ikisinin çəkisi 2,4, birininki isə çəkisi 2,5 kiloqramdır.
Həkimlər körpələrin vəziyyətinin normal olduğu bildirib.
Mənbə:> APA