Xədicə dalını belə çevirdi – VİDEO
Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusu müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda jurnalist Xədicə İsmayıl 10-a yaxın erməni dostuna işarə edib və onlar Əhməd Şahidovun arxasında düzülərək, dal çevirməklə bir növ çıxışa etiraz ediblər.
Bütün zalın gözləri qarşısında baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirib və Ermənistan hakimiyyətini ifşa edib.
Məsələ ilə bağlı ADİHİ rəhbərinin mövqeyini öyrənməyə çalışsaq da, Şahidov baş verənləri Xədicə İsmayılın əxlaqsız və satqın mahiyyəti ilə əlaqələndirərək, bu haqda çox danışmaq istəmədiyini deyib.
Mənbə:> AzVision.Az